Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda mədəniyyət işçiləri Şəhidlərin məzarını ziyarət edib, ailələrinə baş çəkib

14.07.2021

Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon Komitəsinin təşkilatçılığı ilə Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin kollektivi və Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin direktoru, Azərbaycanın ərazi bütövlüyü uğrunda Tovuz rayonu istiqamətində  gedən döyüşlərdə şəhid olmuş Məmmədov Elşad Dönməz oğlunun il mərasimində  iştirak etdilər.
Şəhid Yusifov Elbrus Şəmsi oğlunun ailəsinə baş çəkdilər.

Həmçinin, Şəhidlərin  məzarı ziyarət olundu, məzarları önünə tər qərənfillər düzdüldü, ruhlarına dualar oxundu.