Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri şəhidlərin məzarını ziyarət edib, ailələrinə baş çəkib

14.07.2021

14 iyul 2021-ci il tarixində  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon Komitəsinin təşkilatçılığı ilə bir qrup mədəniyyət və kitabxana əməkdaşları Tovuz döyüşlərində Şəhid olmuş Həsənsu kənd sakini Mustafazadə Elçin Arif oğlunun, Köçəsgər kənd sakini Babayev Yaşar Vasif oğlunun məzarlarını ziyarət edib, ailələrinə baş çəkiblər.