17.07.2021
16 iyul 2021-ci il tarixdə Qazax rayon MKS Cəmşid Naxçıvanski adına hərbi-liseyin yaranmasının 50 illiyi ilə əlaqədar “Cəsarət məktəbi” adlı videokonfrans keçirib. Tədbirdə mədəniyyət işçiləri, məktəblilər və fəal oxuculardan bir qrup iştirak edib.
Giriş sözü ilə çıxış edən MKS-nin direktor əvəzi Münəvvər Süleymanlı qeyd edib ki, Cəmşid Naxçıvanski adına hərbi-lisey 1971 – ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Bu məktəb zabit kadrlarının hazırlanmasında böyük rol oynayıb. Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova çıxışında respublikamızın müstəqillik əldə etməsindən sonra bu məktəbin zabit heyətinin ordumuzun yaranmasında, Vətənimizin ərazi bütövlüyünün qorunmasında həmişə ön cəbhədə olduqlarını qeyd edib. Oxuculara xidmət şöbəsinin müdiri Bəsti Məmmədova Ulu Öndərin uzaqgörənliyi sayəsində yaradılan bu liseyin fəaliyyətinə böyük diqqət göstərildiyini nəzərə çatdırıb.
Çıxış edən məktəbli oğlanlar gələcək təhsillərini C.Naxçıvanski adında hərbi- liseydə davam etdirmək istədiklərini bildirib, bu yolun çətinliklərlə dolu olduğuna baxmayaraq Vətən sevgisinin hər şeydən üstün olduğunu söyləyiblər.