23.07.2021
Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon Qaraxanlı və Xatınlı kənd mədəniyyət müəssisələrinin əməkdaşları 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Xatınlı kənd sakini şəhid Abbasov Əhməd Fazil oğlunun məzarını ziyarət ediblər, ruhuna dualar oxunub, ailəsinə baş çəkiblər.