26.08.2021
26 avqust 2021-ci il tarixində Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yazıçı, dramaturq Seyfəddin Dağlının anadan olmasının 100 illiyi münasibətilə “Seyfəddin Dağlı-100” adlı onlayn tədbir keçirdi. Tədbiri MKS-nin direktor müavini Flora Məsiyeva açaraq, görkəmli yazıçı-satirik, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının həyatı və yaradıcılığı haqqında danışdı. Mövzu ətrafında çıxış edənlər Seyfəddin Dağlının geniş oxucu kütləsinin rəğbətini qazanmış əsərlərindən bəhs etdilər. Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, "Kirpi" jurnalının bir-birindən maraqlı onlarla nömrəsi olduğunu bildirdilər.
Tədbirin sonunda "Seyfəddin Dağlı-100" başlığında sərgi onlayn nümayiş olundu.