Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda mədəniyyət işçiləri şəhidin məzarını ziyarət edib, ailəsinə baş çəkib

17.09.2021

17 sentyabr 2021-ci il tarixdə Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin təşkilatçılığı ilə komitənin sədri İsgəndər Qurbanov, Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin əməkdaşları və 1 nömrəli Folklor evinin müdiri Famil Hüseynov 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Məmmədov Tural Elxan oğlunun doğum günündə məzarını ziyarət etmiş, məzarı önünə gül dəstələri qoymuş, şəhidin ailəsinə baş çəkmişlər.