Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc pianoçu Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin qonağı oldu

21.09.2021

20 sentyabr 2021-ci il tarixdə gənc pianoçu, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqə laureatı, Fransanın Alfredo Korto adına konservatoriyasının məzunu Cavid Yusifzadə Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin qonağı oldu. Görüşdə məktəbin müəllim və şagirdləri iştirak etdilər. Görüş Cavid Yusifzadənin mükəmməl ifası ilə  məktəbin konsert zalında davam etdirildi. Sonda Cavid məktəbin gənc pianoçuları ilə səmimi söhbət edərək qazandığı uğurlar üçün əzmlə çalışmağından danışdı.