Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bir ömrün sönməz işığı-Zərifə Əliyeva 95” başlıqlı tədbir

27.03.2018

27 aprel 2018-ci il tarixində saat 15:00 da Ağstafa rayon MKS-in Mərkəzi Kitabxanasında Görkəmli alim Oftalmologiya Zərifə xanım Əliyevanın 95 illik yubleyi münasibəti ilə  “Bir ömrün sönməz işığı” adlı sərgi təşkil olundu. Tədbirdə Ağstafa rayon Mərkəzi xəstəxananın tibb işçiləri, Mərkəzi Kitabxana işçiləri iştirak etdi. Tədbirdə Ağstafa rayon Mərkəzi Kitabxananın direktoru S. Nağıyeva çıxışında bildirdi ki,  Zərifə xanım Əliyevanın 95 illik yubleyi  qeyd edilir.  Zərifə Əliyeva nəcib insan, qayğıkeş həkim meriban ana  idi.Zərifə Əliyeva insanların gözlərinə nur bəxş etmək kimi müqəddəs bir sənətin sahibi olmuşdur. Bəşəri duyğularla yaşamış el anasının adı heç vaxt dillərdən düşmür, insanlar üçün elədiyi yaxşılıqlar itmir.Bu gün dərin iftixar hissi ilə söyləmək olar ki, Zərifə xanım Əliyeva kimi insanların arzuları uğurla həyata keçirilir.Zərifə xanım nursuz gözlərə işıq paylamaq, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda idi. Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin, çoxsahəlidir ki, onun fəaliyyətinə nəzər salarkən bu insanın necə böyük şəxsiyyət olduğunun bir daha şahidi oluruq. Fitri istedada malik olan bu gözəl insanın, novator alimin, pak bir şəxsiyyətin yaşadığı dərin mənalı ömür, keçdiyi şərəfli həyat yolu hər bir azərbaycanlı üçün kamillik, müdriklik məktəbidir. Akademik Zərifə Əziz qızı Əliyeva insansevərliyi, bəşəri duyğuları, xeyirxahlığı ilə ölməzliyə qovuşub. Onun əziz xatirəsi qəlbimizdə daima yaşayacaqdır. Tədbirin sonunda “Bir ömrün sönməz işığı Zərifə Əliyeva-95” adlı sərgiyə baxış keçirildi.