01.10.2021
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilməkdədir.
Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, Ağstafa və Tovuz rayon Mədəniyyət Mərkəzlərinin birgə təşkilatçılığı ilə 27 sentyabr Anım günü ilə əlaqədar şəhidlərin xatirəsinə həsr olunmuş “Fateh” adlı tamaşa Ağstafada nümayiş olunub. Öncə Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş kitab və rəsm sərgisinə baxış keçirilib. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov və İcra Hakimiyyətinin aparat üzvləri, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, digər idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti, mədəniyyət işçiləri iştirak ediblər.
Tamaşa auditoriyada əyləşənlər tərəfindən rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.