01.10.2021
01 oktyabr 2021-ci il tarixdə Ağstafa rayon Mədəniyyət Mərkəzində "Ahıllarla görüşək" adlı tədbir keçirilmişdir. Ağstafa rayon Mədəniyyət Mərkəzi və Ağstafa rayon MKS-nin, şəhər 1 saylı klubun əməkdaşlarının təşkilatçılığı ilə keçirilən tədbirdə Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Hüseyn Hüseynov, rayon ağsaqqalı Firdovsi Heydərli, Ulduzə ana və mədəniyyət işçiləri iştirak etmişlər. Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir. Söhbət zamanı ahıllar onlara olan dövlət qayğısının ildən-ilə artdığını bildirmiş və bu qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişdirlər. Tədbirdə filial əməkdaşlarının ifasında saz havası səsləndirilmiş və xatirə şəkili çəkilmişdir.