Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS – nin təşkilatçılığı və Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə şəhid ailəsi, qazi və müharibə iştirakçıları ilə görüş keçirilib

07.10.2021

06 oktyabr 2021-ci il tarixdə Qazax rayon MKS – nin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi və Qazax şəhər 1 nömrəli Folklor Evinin iştirakı ilə 27 sentyabr- 8 noyabr tarixlərində Vətən Müharibəsinin birinci ildönümü ilə bağlı Mərkəzi Kitabxananın oxu zalında  şəhid ailəsi, qazi və müharibə iştirakçıları ilə görüş keçirilib. Görüşdə Tovuz döyüşlərinin şəhidi mayor Namiq Əhmədovun ailə üzvləri, 44 günlük müharibənin 18 yaşlı şəhidi Vəliyev Anar Həmzə oğlunun anası və qardaşı, kapitan şəhid İmamverdi İsmayılovun ailə üzvləri, qazi, mayor, tabor komandiri Xəyyam Əliyev, birinci Qarabağ Müharibəsinin şəhidi Xəqani Sanıyevin bacısı Sanıyeva Aynur, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. Görüşü giriş sözü ilə açan Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova  ən yeni tariximizin şərəfli səhifəsi kimi yaddaşımıza əbədi həkk olunan  44 günlük Vətən Müharibəsinin igid generalları, sərkərdələri, vətənpərvər övladları, rəşadətli Ordusu, Müzəffər Ali Baş Komandanı olan ölkəmizin yumruq kimi birliyinin sayəsində  Zəfərlə nəticələndiyini qeyd edib. Görüşdə çıxış edən qazi, mayor, tabor komandiri Xəyyam Əliyev öz döyüş xatirələrindən söhbət açıb, qəlpələrlə dolu canının sızıltısına baxmayaraq hər an Vətənin mənfur düşməndən qorunmasında hazır olduğunu bildirib. Tədbirdə çıxış edən şöbə müdirləri Sədaqət Qasımova, Sevinc Alməmmədova, Bəsti Məmmədova keçirilən belə tədbirlərin Vətənimizin ərazi bütövlüyünün qorunmasında  canlarını qurban verən vətənpərvər övladlarımızın, şəhid ailələrinin və qazilərimizin qarşısında müqəddəs borc olduğunu qeyd ediblər. Kapitan şəhid İmamverdi İsmayılovun həyat yoldaşı, şəhid bacısı Aynur Sanıyeva şəhid ruhlarına ehtiram əlaməti kimi xüsusi guşələrin hazırlanmasına və ailələrinə belə bir səmimi qayğının göstərildiyinə, şəhid övladlarının sınıq könlünü almaq üçün hədiyyələr verildiyinə görə kitabxananın əməkdaşlarına və MİHİ–nin Qazax rayon Komitəsinə xüsusi təşəkkürlərini bildiriblər.