Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhidin məzarını ziyarət edib, ailəsinə baş çəkiblər

07.10.2021

07 oktyabr 2021- ci il tarixdə Qazax rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Leytenant Məmmədov Məhəmməd Zakir oğlunun ildönümü ilə əlaqədar ailəsinə baş çəkib, əzizlərinin qəmini bölüşüblər. Sonra şəhidin xatirəsinə açılmış bulağı və məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!