Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhidin ailəsini ziyarət edib

09.10.2021

09 oktyabr 2021-ci il tarixdə Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları 44 günlük Vətən müharibəsində döyüşərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda  şəhid olmuş Şirinov Elmar Cəbrayıl oğlunun ailəsini ziyarət ediblər. Şəhidin ailəsi ilə görüşüb şəhidin keçdiyi döyüş yollarından danışıblar.

Şirinov Elmar Qarabağ Vətən müharibəsi başlayan andan noyabrın 8-nə qədər, Zəfər Gününə az qalmış, bütün istiqamətlərdə döyüşlərdə iştirak edərək, Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik məqamına yüksəlmişdir.