14.10.2021
14 oktyabr 2021-ci il tarixdə Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsində, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olan Əliyev Fuad Ramin oğlunun ailəsini ziyarət ediblər. Şəhidin ailəsi ilə görüşüb şəhidin keçdiyi döyüş yollarından danışıblar. Qarabağ Vətən müharibəsi başlayan andan döyüşlərdə iştirak edən Əliyev Fuad Şuşanın azad olunması uğrundakı döyüşdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Ölümündən sonra şəhid Əliyev Fuad Ramin oğlu "Şuşanın azad olunmasına görə", "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur. Muzey əməkdaşları Şəhidin anası Rəsmiyyə xanımı təsəlli edərək, başsağlığı verdilər.
_______________________________________________________________
Həmçinin 14 oktyabr 2021-ci il tarixdə Muzeyin əməkdaşları Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərərək, qəhrəmancasına döyüşərək şəhid olmuş Mehdiyev Seymur Hüseyn oğlunun ailəsində olmuşlar. Vəfatından sonra "Füzlinin azad olunmasına görə", "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuş şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunmuş, xatirəsi hörmət və ehtiramla yad olunmuşdur.