Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi ”Qədim yaşayış Məskənimiz Füzuli şəhəri azaddır” adlı tədbir keçirdi

16.10.2021

Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi 16 oktyabr 2021-ci il tarixində "Qədim yaşayış Məskənimiz Füzuli şəhəri azaddır" adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Çiçək Maşayeva açaraq qeyd etdi ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi oldu.