Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində silsilə tədbirlər keçirilib

16.10.2021

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin pedoqoji kollektivi 18 oktyabr – Müstəqillik gününə həsr edilmiş “Müstəqilliyimiz Əbədidir” başlıqlı konfrans keçirdi. Öncə torpaqlarmızın azadlığı uğrunda canından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etməsindən, özünün suveren dövlətini yaratmaq imkanı qazanmasından danışdı. O qeyd etdi ki, Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi,  əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.

Tədbir müəllimlərin mövzu ətrafında çıxışları ilə davam etdirildi.

_______________________________________________________________

Həmçinin, Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində şagirdlərin iştirakı ilə 17 oktyabr Füzulinin işğaldan azad olunması gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllimləri tərəfindən şagirdlərə Füzuli rayonun strateji əhəmiyyəti, coğrafi mövqeyi və s. barədə məlumatlar verilib, 44 günlük Vətən müharibəsində düşmən üzərində əldə olunmuş Zəfərdən danışılıb.