Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhidin ildönümünə həsr olunmuş anım mərasimində iştirak edərək, ailəsini ziyarət ediblər

18.10.2021

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 17 Oktyabr 2021-ci il tarixində İkinci Qarabağ müharibəsində Şəhid olmuş Dağ Kəsəmən kənd sakini Şıxməmmədov Natiq Zakir oğlunun ildönümünə həsr olunmuş anım mərasimində iştirak edərək, ailəsini ziyarət ediblər.
1991-ci il aprelin 20-də anadan olmuş Şıxməmmədov Natiq Zakir oğlu 2020-ci il oktyabrın 15-də Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" medalı ilə tətif olunmuşdur.