Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxanasının əməkdaşları şəhid ailəsini ziyarət edib

26.10.2021

26 oktyabr 2021-ci il tarixdə Tovuz rayon Mərkəzi kitabxanasının əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Yusifov Münasib Mübariz oğlunun ailəsini ziyarət ediblər.
Azərbaycan Ordusunun əsgəri olan Münasib Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra  "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə","Şuşanın azad olunmasına görə" medallarl ilə təltif edilib.
Allah rəhmət eləsin!