26.10.2021
26 oktyabr 2021-ci il tarixdə Qazax rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı Qubadlının azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuş gizir İsmayılov Tahir Niyazi oğlunun ailəsini ziyarət etdilər. Gizir Tahir İsmayılov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.