Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisiteminin E. Hüseynov adına Mərkəzi Kitabxanası “Yayı da, qışı da gül-çiçək olan Bərdəm qan içində....” adlı məruzə keçirib

28.10.2021

28 oktyabr 2021-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası Oxu zalında Bərdə şəhərinin ermənilər tərəfindən raket hücumuna məruz qalmasının il dönümünə həsr olunmuş “Yayı da, qışı da gül-çiçək olan Bərdəm qan içində....” adlı məruzə keçirib, eyni adlı sərgi nümayiş etdirib. Tədbirdə fəal oxucular və kitabxana əməkdaşları  iştirak edib. Tədbirdə Terror qurbanlarının və bütün Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova qeyd edib ki, 2020-ci ilin oktyabrın 27 də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28 də isə qədim, gözəlliklərinə  sərkərdələrin baş əydiyi, qəhrəmanlar yurdu Bərdə şəhərinə erməni vandalları tərəfindən raket hücumu edilib, dinc əhaliyə qarşı qadağan edilmiş kasetli silahlardan atəş açılması nəticəsində şəhər qan gölünə çevrilib...

Mərkəzi kitabxananın əməkdaşı Kəmalə Nuruyeva “Ermənilərin Bərdə terroru” adlı məruzə ilə  çıxışında bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud  şəkildə pozaraq erməni silahlı qüvvələri Bərdə şəhərinin dinc sakinlərini raket zərbələrinin qurbanına çevirib, 21 nəfər həlak olub, 70 nəfərdən artıq insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb...

Tədbirdə iştirak edən şəhər hümanitar fənlər üzrə məktəb - liseyin 11-ci sinif şagirdi Orucov Süleyman məruzə ətrafında çıxışında ermənilərin Bərdə terrorunu pisləyərək qeyd edib ki, mənfur, qorxaq düşmənin dinc əhaliyə hücumu Rəşadətli Azərbaycan Ordusunun qarşısında aciz qaldığının “etrafı” idi. Oxuculara xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova, fəal oxuculardan Sərhəd Qoşunlarında xidmət edən hərbiçi ailəsindən olan İlahə Yusifova, Zərqələm Xələfova, Günay Vəliyeva  çıxışlarında terror hadisələrini pisləyərək  qeyd ediblər ki, erməni vandallarının törətdikləri vəhşiliklərin qarşısı Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və Rəşadətli Ordumuzun şücayəti nəticəsində uğurlu əməliyatla alındı, düşmənin artilleriya bölmələri məhv edildi, dinc sakinlərin qisası qanla alındı.