Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxanası 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş ”Vətən mənə oğul desə nə dərdim” mövzusunda Vətən müharibəsi qazisi Əhmədov Ramin Nəbi oğlu ilə görüş keçirib

28.10.2021

28 oktyabr 2021-ci il tarixində Tovuz rayon Mərkəzi kitabxanası 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş "Vətən mənə oğul desə nə dərdim" mövzusunda Vətən müharibəsi qazisi Əhmədov Ramin Nəbi oğlu ilə görüş keçirib.
Tədbiri giriş sözü ilə MKS-nin direktor müavin Flora Məsiyeva açaraq, 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr  etdiklərini xüsusi vurğulayıb və qazi Ramin Əhmədovun müharibədəki qəhrəmanlıqları barədə danışıb, onun kimi oğulların şərəfli ömür yolunun gənclər üçün əsl örnək olduğunu bildirib.

Tədbirdə qazi Ramin Əhmədov cəbhə xatirələrindən, keçdiyi şərəfli döyüş yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə, eləcə də müharibə qazilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

75 KB

 

75.3 KB

 

62.6 KB