Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzinin filiallarının əməkdaşları şəhid ailələrini ziyarət edib

29.10.2021

“Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrilmişdi. Müharibədə vətən uğrunda canından keçən  oğullarımız-Şəhidlərimiz oldu. Bu gün Ağstafa rayon Mədəniyyət Mərkəzi  və filialları  Şəhid və qazilərin ailələrini  mütamadi ziyarət edir, onlara həsr edilmiş tədbirlər hazırlayırlar.
29 oktyabr 2021-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzinin filiallarından Eynallı kənd Mədəniyyət evinin əməkdaşların şəhid Təbriz Quliyevin, Muğanlı kənd klubunun əməkdaşları  şəhid Aqil Bağırovun ailələrində olmuş, Göycəli kənd Mədəniyyət evinin kollektivi kənddə yerləşən  Şəhidlər Abidəsini ziyarət etmişlər.