Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda məktəblilərin “Tariximizi tanıyaq” adı altında muzeylərə ekskursiyası təşkil olunub

29.10.2021

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasında Zəfər Günü ərəfəsində tovuzlu məktəblilərin muzeylərə ekskursiyaları təşkil olunub. Bu məqsədlə Tovuz Tarix Diyarşünaslıq Muzeyində açıq qapı günləri keçirilir. 

Ekskursiyalar çərçivəsində 26 oktyabr tarixdə Tovuz rayon N. Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin, 27 oktyabr tarixdə M. Ələkbərov adına tam orta məktəbin, 28 oktyabr 2021-ci il tarixdə Qovlar şəhər M. Məmmədov adına humanitar fənlər təmayüllü məktəb-liseyin müəllim və şagirdləri Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etdilər. 

“Tariximizi tanıyaq” adı altında təşkil olunan ekskursiyalarda şagirdlər muzeyləri gəzərək Azərbaycanın milli mədəniyyəti və tarixi haqqında məlumatlarını daha da zənginləşdiriblər. Bələdiçilər şagirdlərə ətraflı məlumat verdilər. 

“Tariximizi tanıyaq” adı altında təşkil olunan ekskursiyalar Zəfər Gününə kimi davam edəcəkdir.

 

92.5 KB

 

103.7 KB

 

77.2 KB

 

146.3 KB

 

80.8 KB