Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyalara start verilib

29.10.2021

29 oktyabr 2021- ci il tarixində Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyalara start verilib. Cəmi 44 gün ərzində düşmənə qarşı yüksək psixoloji ruh ilə tətbiq etdiyi taktiki yeniliklər, müasir silah sursatdan və texnikadan istifadə, yüksək səviyyəli ordu quruculuğu və vahid komandanlıq sayəsində Azərbaycanın düşmən üzərində möhtəşəm qələbəsini, xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığını, tarixi Zəfərimizin əbədiləşdirilməsi,  gələcək nəsillərə çatdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 03 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Hərbi Qənimətlər Parkı salınmışdır. Bu parkın yaradılması Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsdür. Şəhərlərimizi dağıdan, məscidlərimizi təhqir edən, insanlığa qarşı qara ləkə olan ermənilərin əsl xislətini, 30 illik işğalçılıq siyasətini Hərbi Qənimətlər Parkının timsalında yaradılmış memarlıq kompleksi gələcək nəsillərə olduğu kimi çatdıracaq. Bu məqsədlə təşkil edilmiş virtual ekskursiyanın növbəti iştirakçıları Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin X, XI sinif şagirdləri, müəllimlər və Qazax Gənclər İdman İdarəsinin gəncləri, məşqçi müəllimlər və könüllüləri oldular. Ziyarətçilərə “Hərbi Qənimətlər Parkı” haqqında məlumat verildi, Parkda sərgilənən, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun silahlı qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə ermənilərdən qənimət kimi götürülmüş hərbi silah-sursat və həmçinin Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar və düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər- M” raketinin qalıqları və digər eksponatların şəkilləri, onlar haqqında ayrı-ayrı məlumatlar verildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən Muzeyin ekskursiyası ilə tədbir sona çatdı.