Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxananın əməkdaşları 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Mehdiyev Seymur Hüseyn oğlunun ailəsini ziyarət etdilər

30.10.2021

30 oktyabr 2021-ci il tarixində Tovuz rayon Mərkəzi kitabxananın əməkdaşları 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Mehdiyev Seymur Hüseyn oğlunun ailəsini ziyarət etdilər.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Seymur Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Seymur Mehdiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub.
Seymur Mehdiyev ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.