Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində gənc müəllimlər və yeniyetmə şagirdlərlə Vətən müharibəsi Qazilərinin görüşü keçirildi

30.10.2021

30 oktyabr 2021-ci il tarixində Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində gənc müəllimlər və yeniyetmə şagirdlərlə Vətən müharibəsi Qazilərinin görüşü keçirilmişdir. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Görüşdə giriş sözü ilə çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun torpaqlarımızı mənfur düşmənlərdən azad edərək xalqımıza "Zəfər Günü"nü yaşatdığını, qazanılan qələbənin hər birimizə baş ucalığı və qürur gətirdiyini bildirdi. Daha sonra İsgəndər Qurbanov keçirilən belə görüşlərin yeniyetmə və gənclərin milli mənəvi ruhunun yüksəlməsində,onların hərbi vətənpərvərlik tərbiyəsinin artırılmasında, vətənə, xalqa, dövlətə layiqli vətəndaş kimi formalaşmasında böyük əhəmiyyəti olduğunu qeyd etdi.

Çıxış edən qazilər - mayor, tabor komandiri Xəyyam Əliyev, Qarabağ müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini Namiq Alıyev, Daxili İşlər Nazirliyi Daxili Qoşunların xüsusi təyinatlısı, gizir Kərim Əliyev, çavuş Vüsal Adıgözəlov öz döyüş xatirələrindən danışdılar. Göstərdilər ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, zəfərə imza atdı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu, qisas gələcək nəsillərə saxlanılmadı.

Məktəbin direktoru Çiçək Maşayeva və məktəbin gənc müəllimləri Leyla Məmmədova, Aysel Kərimova, Şükran Hüseynli çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən vətən oğullarına borclu olduqlarını onların ruhu qarşısında  baş əydiklərini bildirdilər, qazilərə can sağlığı arzuladılar. Xalqımızın Ali Baş komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdiyini və bu birliyin tarixi Şanlı qələbimizlə nəticələndiyini göstərdilər.

Görüş çay süfrəsi ətrafında məktəbin müəllimlərinin və şagirdlərinin musiqi ifaları ilə davam etdirildi.

 

86.7 KB

 

56.2 KB

 

55.5 KB

 

44.6 KB

 

36.6 KB

 

41.6 KB

 

56 KB