Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyalar davam etdirilir

01.11.2021

01 noyabr 2021-ci il tarixində Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyalar davam etdirilir. Ekskursiyanın növbəti iştirakçıları Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin VII, VIII, IX, X sinif şagirdləri olub. Mərkəzin direktoru Ceyhunə Hüseynova məktəbliləri salamlayıb və bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmən üzərində misli görünməmiş qələbə qazanmışdır. Bu qələbə onu göstərdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir. 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı olaraq məğlubiyyətlərə məruz qalan düşmən müharibə cinayətləri törədib, döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Ceyhunə Hüseynova qeyd edib  ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə şanlı tariximizin daim yaşadılması üçün “Hərbi Qənimətlər Parkı”nın inşa edilməsi xüsusi əhəmiyyət kəsb edir. Parkın yaradılmasında məqsəd xalqımızın qəhrəmanlıq tarixini nümayiş etdirməkdir. Parkda Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə ermənilərdən götürdüyü qənimətlər, onların qoyub qaçdıqları atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar sərgilənir. Hərbi Qənimətlər Parkını  ziyarət edərkən Müzəffər Ordumuzun şanlı qələbəsi ilə bir daha fəxr edirik. Xalqımız bu müharibə ilə bağlı daim qürur hissi keçirəcək.
Sonda şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib və muzeyin ekskursiyası ilə tədbir sona çatıb.

 

915.7 KB

 

878.4 KB

 

1 MB

 

1 MB