04.05.2018
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə 04 may 2018 – ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSU VƏ MEMARIDIR” adlı tədbir keçirildi.
X Ümumrespublika ənənəvi Kitab bayramı keçirildi. Tədbiri giriş sözü ilə Tovuz rayon MKS-nin direktoru Güldərən İbrahimova açaraq iştirakçılarını salamladı, ilk öncə kitabsevərləri bu möhtəşəm bayram münasibəti ilə təbrik etdi və Azərbaycanda kitabın yaranma tarixindən və bu günə qədər keçdiyi inkşaf yolundan qısa məlumat verdi.
Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayon üzrə nümayəndəsi baş məsləhətçi Adil Həsənov çıxışında qeyd etdi ki, bu bayram Ulu öndərin xatirəsinə kitabsevərlərin bir töhfəsidir. Vətənimizin, xalqımızın yüksəlişində misilsiz xidmətlər göstərən, müstəqil Azərbaycanın memarı, Ümummilli lideri Heydər Əliyevin hər bir sahədə olduğu kimi Azərbaycanın mədəniyyəti sahəsində də gördüyü möhtəşəm və ardıcıl işlər hamıda sevinc, iftixar, qürur hissi yaratmış və yeni nailiyyətlərə yol açmışdır.
Tədbirdə digər çıxış edənlər kitabservənləri əlamətdar bayram münasibətilə təbrik etdilər, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkşafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışdılar.
Məktəblilərin ifasında səslənən şeirlər maraqla qarşılandı.
Tədbirdə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, “İlhalma irəli”, “Qarabağ- əzəli, əbədi torpağımız”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Ataların yolu oğulların yoludur”, “Tovuz yazarları”, “Qəhrəmanlıq tariximizdən”, “Tovuz diyarşünaslıq guşəsi”, “Kənd təsərrüfatı”,“Yeni nəşrlər”,” Elektron kitablar”,“Azərbaycan ədəbiyyatı”,“Sənin ilk kitabın”, “Nağıllar aləminə səyahət”. “Danışan kitablar” və s. başlıqlarda kitab sərgilərini tədbir iştirakçıları maraqla seyr etdilər.
Tədbirdə rayon ictimaiyyəti, mədəniyyət və təhsil müəssisəsidən nümayəndələr və fəal oxucular iştirak edirdilər.