Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda məktəblilərin “Tariximizi tanıyaq” adı altında muzeylərə ekskursiyası davam edir

03.11.2021

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasında Zəfər Günü ərəfəsində tovuzlu məktəblilərin muzeylərə ekskursiyaları təşkil olunub. Bu məqsədlə Tovuz Tarix Diyarşünaslıq Muzeyində açıq qapı günləri keçirilir. 

Ekskursiyalar çərçivəsində 29 oktyabr tarixdə Tovuz rayon E. Məmmədov adına tam orta məktəbin, 2 noyabr 2021-ci il tarixdə isə A. S. Puşkin adına tam orta məktəbin müəllim və şagirdləri Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etdilər.

“Tariximizi tanıyaq” adı altında təşkil olunan ekskursiyalarda şagirdlər muzeylə ətraflı tanış oldular. Muzey bələdçiləri tərəfindən şagirdlərə Azərbaycanın milli mədəniyyəti və tarixi haqqında geniş və ətraflı məlumatlar verilib 

“Tariximizi tanıyaq” adı altında təşkil olunan ekskursiyalar Zəfər Gününə kimi davam edəcəkdir.