04.05.2018
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 1- 10 may tarixlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri təşkil olunub. 1 may tarixdən start götürən “Açıq qapı” günlərinin təşkil edilməsində əsas məqsəd ekskursiyaçılara ulu öndərin siyasi irsini, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri özündə əks etdirən dolğun məlumatlar çatdırmaqdır.
Hal-hazırda davam edən “Açıq qapı” günlərində Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Dövlət Sosial- İqtisadi Kolleci, Qazax Rayon Mərkəzi Xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, hərbi hissələr və s. başqa idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. “Açıq qapı” günlərində ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzülür, dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad edilir.
1 may tarixdən bu günə qədər Qazax rayon Heydər Əliyev Mərkəzinə ziyarətə gələnlərin ümumi sayı 2680 nəfər təşkil etmişdir.