04.05.2018
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 04 May 2018-ci il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Milli intibahımızın memarı” adlı tədbir keçirildi. Tədbirdə Ağstafa rayon Qaçaq Kərəm kənd tam orta məktəbin şagirdləri iştirak edirdilər. İlk əvvəl şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş kitab sərgisi ilə tanış oldular. Tədbiri giriş sözü ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova açıq elan edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, daxili və xarici siyasəti, müstəqil Azərbaycanın inkişafı və tərəqqisi yolunda gördüyü işlər haqqında geniş məlumat verdi. Qaçaq Kərəm kənd tam orta məktəbinin tarix müəllimi, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Mehriban İsgəndərova “Heydər Əliyev və Azərbaycan intibahı” mövzusunda çıxış etdilər. Sonda Ulu Öndər Heydər Əliyevə həsr edilmiş “Dahi şəxsiyyət” filmi nümayiş etdirildi.