Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

AĞSTAFADA ”VƏTƏN UĞRUNDA” KİTABI ŞƏHİD AİLƏLƏRİNƏ TƏQDİM OLUNDU

04.12.2021

03 dekabr 2021- ci il tarixdə Şəhid ailələri ilə görüş keçirilmişdir. 
Ağstafa Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ilk olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva, Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev, Mərkəzi kitabxana sistemləri idarəsinin müdiri Solmaz Nagiyeva və şairə Gulamayıl Murad çıxışlar edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsindən danışdılar. Çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının tarixi zəfər qələbəsinin dünyada mərdlik və qəhrəmanlıq nümunəsinə çevrildiyini bildirdilər. Qeyd olundu ki, Ali baş komandan cənab İlham Əliyevin siyasi iradəsi və Azərbaycan ordusunun qətiyyətli döyüş həmləsi nəticəsində 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımız azad olundu. Bu işğala son qoyulması minlərlə qəhrəman övladlarimizin qanı bahasına başa gəldi. Bu gün hər bir səhidlərimizin xatirəsi xalqimiz tərəfindən əziz tutulur və əbədiləşdirilir.
Tədbirdə şairə Gulamayıl Muradın Agstafa şəhidlərinə həsr olunmuş "Vətən uğrunda" kitabı şəhid ailələrinə təqdim olundu.
Görüşdə Vətən Müharibəsinin Qəhrəmanı şəhid Azər Yusiflinin atası Nazim Yusifli və şəhid İbrahim Cəfərovun atası Şamil Cəfərov çıxışlar edərək şəhidlərimizin xatirəsinə göstərilən diqqət və qayğıya görə xalqımıza və dövlətimizə şəhid ailələri adından minnətdarlıq etdilər.

 

201.3 KB

 

79.5 KB

 

80.1 KB

 

119.7 KB

 

178.4 KB