Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzində “İnsan hüquqlarının əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir

09.12.2021

09 dekabr 2021-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində “İnsan hüquqlarının əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşı Midvari Əmirova çıxış edərək qeyd etmişdir ki, 10 dekabr dünyada Ümümdünya İnsan Hüquqları günü kimi qeyd olunur. Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir.Həmçinin tədbirdə çıxış edənlər ölkəmizdə hüquqla bağlı çoxsaylı qanunvericilik aktları qəbul olunmasını fəxrlə qeyd edərək bildirmişlər ki,  bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar. Azərbaycanda insan hüquqlarının müdafiəsini təmin edən çox mükəmməl qanunvericilik bazasının yaradılması ölkədə belə əlverişli mühitin formalaşmasına imkan vermişdir.