27.12.2021
27 dekabr 2021-ci il tarixdə Tovuz rayon Mədəniyyət Mərkəzinin Əlimərdanlı kənd Diyarşünaslıq evində Vətən müharibəsi qazisi Mustafayev Hüseyn İslam oğluna həsr olunmuş xeyriyyə konserti keçirilib. Şəhid ailələri, qazilər və qazi Hüseyn Mustafayevin ailə üzvlərinin də dəvət olunduğu tədbirdə Tovuz rayon Mədəniyyət Mərkəzinin və filiallarının əməkdaşları, Aşıq Ə.Rzayev adına Tovuz rayon Uşaq Musiqi Məktəbinin müəllim kollektivi, o cümlədən, könüllü olaraq tədbirə qoşulan müğənnilər, musiqiçilər vətənpərvər mahnılardan ibarət rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, konsertdən əldə olunan pul vəsaiti qazinin kart hesabına köçürülüb.