Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində ”Gücümüz Həmrəyliyimizdədir” adlı tədbir keçirildi

28.12.2021

28 dekabr 2021-ci il tarixdə Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "Gücümüz Həmrəyliyimizdədir" adlı tədbir keçirildi. Tədbirdə Qazax şəhər 2 saylı tam orta məktəbin 6- cı sinif şagirdləri iştirak etdilər. Tədbiri muzeyin direktoru Gulnaz Alişanova açaraq qeyd etdi iki, Xalqımız qarşıdan gələn 2022-ci ili və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük qələbə sevinci ilə qarşılayır. Bu əlamətdar gündə dünyanın müxtəlif güşələrində yaşayan soydaşlarımız Ana Vətənə bağlığın, milli birliyin, həmrəyliyin, qalibiyyət bayrağının qürurunu yaşayır. Bu milli birlik və həmrəylik xalqımızın ən böyük mənəvi sərvətidir. Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinə yazılan bu parlaq Qələbə dünya durduqca xatırlanacaq, əsrdən-əsrə, nəsildən-nəslə keçəcək, daim qürur və iftixar mənbəyimiz olacaqdır.
Sonda tədbir iştirakçıları muzeydə yaradılan "Şəhidlər ölməz, Vətən bölünməz!" adlı guşəni ziyarət etdilər.