30.12.2021
30 dekabr 2021-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, MİHİ-nin Tovuz rayon komitəsinin dəstəyi ilə şəhid övladlarına bayram hədiyyələri təqdim olunub və Yeni ilin personajları Şaxta Baba və Qar qız onları bayram münasibəti ilə təbrik edib.
_______________________________________________________________
Həmiçinin, Mədəniyyət Mərkəzinin işçi heyəti 30 dekabr tarixində "Görüşümüz İllərin astanasında" adlı əyləncəli bayram proqramı ilə N-saylı Hərbi hissənin 2-ci taborunda əsgərlər qarşısında çıxış etdilər. Musiqili görüşdə bütünlüklə Tabor heyəti çox böyük əhval ruhiyyə ilə iştirak edərək əsl bayram sevinci yaşadılar və belə görüşlərin tez-tez keçirilməsini arzu edərək, mədəniyyət işçilərinə təşəkkür etdilər.
_______________________________________________________________
O cümlədən, Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin və bir neçə filial əməkdaşlarının iştirakı ilə təşkil olunmuş "Görüşümüz İllərin astanasında" adlı əyləncəli bayram konserti ilə Mədəniyyət işçiləri Tovuz rayon 6 saylı Körpələr evi Uşaq bağçasında keçirilən bayram şənliyinə qatıldılar. Şaxta baba və Qar qız personajları uşaqları əyləndirərək müxtəlif hədiyyələr təqdim etdilər.