Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS – nin E. Hüseynov adına Mərkəzi kitabxanası “Vətənpərvər ziyalı, görkəmli dövlət və elm xadimi” adlı məruzə  keçirib

13.01.2022

13 yanvar 2022-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi Kitabxanası Oxu zalında dövlət xadimi Əziz Əliyevin anadan olmasının 125 illiyinə həsr olunmuş “Vətənpərvər ziyalı, görkəmli dövlət və elm xadimi” adlı məruzə keçirib. Tədbirdə BDU–nun Qazax filialının tələbələri, fəal oxucular, kitabxana əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin şərəfli ömür yolu, çoxşaxəli fəaliyyəti və Azərbaycanın ictimai–siyasi həyatında müstəsna xidmətləri haqqında ətraflı məlumat verib. Kitabxananın əməkdaşı İradə Hacıyeva “Vətənpərvər ziyalı, görkəmli dövlət və elm xadimi” adlı məruzə ilə çıxışında onun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, ümummilli lider Heydər Əliyevin görkəmli şəxsiyyət haqqındakı fikrini oxucuların nəzərinə çatdırıb: “Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir... O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdır” 
Tədbirdə iştirak edən BDU–nun Qazax filialının tələbəsi İsgəndərova Maya, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Budaqova Aytən görkəmli dövlət xadimi Əziz Əliyevin dövlət quruculuğu, elmin, səhiyyənin təşkili və inkişafında göstərdiyi xidmətlərin gənc nəsillər üçün örnək olduğunu qeyd ediblər.