09.05.2018
09 may 2018-ci il tarixdə Tovuz rayon Mədəniyyət Mərkəzi, MKS-i və Aşıq Ə.Rzayev adına Uşaq Musiqi məktəbinin kollektivi ilə birlikdə Qəhrəmanlar parkında Sovet ittifaqı qəhrəmanlarının büstləri önünə tər qərənfillər qoyulmuşdur.Günün ikinci yarısında “N” saylı hərbi hissədə “9 May Qələbə Günü” mövzusunda tədbir keçirildi. Tədbirdə . Böyük Vətən müharibəsi iştirakçılarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov çıxış edərək bildirdi ki, Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqı böyük rəşadət göstərmişdir. 1941-1945- ci illər dövründə Azərbaycan xalqı istər ön cəbhədə, istərsə də arxa cəbhədə misilsiz qəhrəmanlıqlar göstərmişlər. 600 mindən artıq Azərbaycanlı ön cəbhəyə səfərbər olunmuşdu. 74 nəfər ən yüksək ada Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Arxa cəbhədə isə Azərbaycan xalqı cəbhəni yeməklə, isti paltarla, çörəklə, neftlə və benzinlə təmin edirdi. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdirildi və həmçinin Tovuz rayon MKS-nin təşkil etdiyi “9 May faşızm üzərində Qələbə Günüdür” başlıqı ilə kitab sərgisinə baxış keçirildi. Tədbirin sonunda “N” saylı hərbi hissənin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundular.