Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılğı ilə “Müasir və müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” başlıqlı dəyirmi masa keçirilib

14.01.2022

14 yanvar 2022-ci il tarixində Qazax rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılğı ilə  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideyasının təbliği, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022- ci il tarixli sərəncamına əsasən 2022- ci ili “Şuşa ili” elan etməsi  ilə əlaqədar Qazax Rayon Mədəniyyət Mərkəzində “Müasir və müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” başlıqlı dəyirmi masa keçirildi. Tədbirdə MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Tarix- Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax Mədəniyyət Mərkəzinin, Qazax rayon MKS-nin, Uşaq Musiqi Məktəblərinin direktor və əməkdaşları iştirak etdilər. 
Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax Rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax rayon 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ramil Qurbanov çıxış edərək  bildirdilər ki,  Prezident İlham Əliyev öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək bacarığı ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb. Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Həyat sübut etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev ideyalarını ardıcıllıqla həyata keçirir. Prezident İlham Əliyev torpaqlarımızı erməni işğalından azad etməklə ata vəsiyyətini yerinə yetirdi. Dövlətimizin başçısının “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” fikrini qürurla səsləndirməsi hər birimizdə qürur hissi yaratdı. Beləliklə, Azərbaycanın qarşısında yeni-yeni üfüqlər açılıb. İşğaldan azad olunmuş ərazilərimizin, doğma Qarabağın bərpası fonunda cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha xoşbəxt, daha firavan gələcəyə doğru inamla irəliləyir.

 

65.2 KB

 

50.9 KB

 

72.4 KB

 

83.2 KB

 

73.7 KB

 

42.9 KB

 

73.3 KB