Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası “20 Yanvar - Xalqın azadlığını, şərəf və ləyaqətini ucaldan tarix” adlı səyyar sərgi təşkil edib

14.01.2022

14 yanvar 2022-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası şəhər istirahət parkında 20 Yanvar Hüzn Gününə həsr olunmuş “20 Yanvar-Xalqın azadlığını, şərəf və ləyaqətini ucaldan tarix” adlı səyyar sərgi təşkil edib. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini yad etmək məqsədi ilə təşkil olunan sərgidə 20 Yanvar qurbanlarının, erməni hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların xatirəsinə həsr olunmuş 70-dən çox kitab və dövrü mətbuat materialı nümayiş olunub. Sərgi ilə tanış olan şəhər sakinləri böyük ehtiramla Şəhidlərə həsr olunmuş materiallarla tanış olub, Vətən Şəhidlərinin xatirəsinin ürəklərdə əbədi yaşayacağını söyləyiblər.

Həmçinin, 14 yanvar 2022-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Nağıl otağında yazıçı, Əməkdar İncəsənət Xadimi Vidadi Babanlının anadan olmasının 95 illiyi münasibəti ilə “Qəlbləri dilləndirən yazıçı” adlı mütaliə saatı keçirib. Tədbirdə BDU-nin Qazax filialının tələbələrindən, fəal oxuculardan bir qrup və kitabxananın əməkdaşları iştirak edib. Tədbiri açan şöbənin əməkdaşı Gülbəsti Musayeva yazıçının həyat və yaradıcılığı haqqında ümumi məlumat verib, xüsusilə Prezident İlham Əliyevin Sərəncamına əsasən ədəbiyyatımızın inkişafında göstərdiyi xidmətlərə görə yazıçının “Şərəf” ordeni ilə təltif edildiyini oxucuların nəzərinə çatdırıb. Tədbirdə iştirak edən tələbələrdən və şagirdlərdən bir neçəsi yazıçının hekayələrindən parçalar oxuyub, fikir mübadiləsi ediblər.

 

146.3 KB

 

206.8 KB

 

207.4 KB

 

95.7 KB

 

95.5 KB