14.01.2022
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nürəddin Mehdiyev Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş – Tovuz rayonunun Aşağı Öysüzlü kəndində Zeynallı Fikrət Akif oğlunun, Qazax rayonunun Xanlıqlar kəndində Əliyev Timur Nurəddin oğlunun, Ağstafa rayonunun Dağkəsəmən kəndində Şıxməmmədov Natiq Zakir oğlunun ailələrinə baş çəkib, qayğıları ilə maraqlanıb.
Ziyarət zamanı şəhidlərimizin keçdiyi döyüş yolundan, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışılıb, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb.