Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi Kitabxanasında Nazim Hikmətin anadan olmasının 120-ci ildönümü ilə əlaqədar tədbir təşkil edilib

14.01.2022

14 yanvar 2022-ci il tarixində Tovuz rayon Mərkəzi Kitabxanasında tanınmış türk şairi, yazıçı, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı Laureatı Nazim Hikmətin anadan olmasının 120-ci ildönümü ilə əlaqədar "Türk dünyasının sönməyən ulduzu" başlığında tədbir təşkil edildi.
Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Güldərən İbrahimova ədibin yaradıcılığından söhbət açaraq bildirdi ki, Nazim Hikmət Türk dünyasının və XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən biridir. O, Türkiyə, Azərbaycan, başqa türk və Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir və Türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Sonra kitabxananın əməkdaşı Azadə Mustafayeva şairin həyat və yaradıcılığı barədə geniş məruzə ilə çıxış etdi və qeyd etdi ki, Nazim şeirinin yaddaşında yalnız bir xalqın yox, bütün insanlığın ağrılı-acılı tarixi yaşayır. Onun poeziyasına dərin lirizm və kəskin publisistika xasdır.

Tədbirdə şairin "Səməd Vurğuna", "Türk kəndlisi", "Kərəm kimi", "Yağış" və başqa şeirlərini səsləndirildi.
Tədbirin sonunda  iştirakçılara təşkil olunmuş "Nazim Hikmət-120" başlığında sərgi barədə geniş məlumat verildi və qeyd edildi ki, şairin "İnsan mənzərələri", "Kəllə", "Qəribə adam", "Demoklisin qılıncı" və s.əsərləri ən çox oxunan və sevilən əsərlərdir.

 

123.5 KB

 

97.3 KB

 

142 KB

 

184.1 KB