Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi Kitabxanasında ”Qarabağın tacı Şuşa” başlıqlı tədbir keçirildi

25.01.2022

25 yanvar 2022-ci il tarixində Tovuz rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli sərəncamına əsasən 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar "Qarabağın tacı Şuşa" başlıqlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Güldərən İbrahimova qeyd etdi ki, Şuşa şəhəri xalqımız üçün hər zaman müqəddəs və əziz məkandır. 30 il düşmən tapdağı altında inləyən, erməni vandalizminə məruz qalan Şuşamız nəhayət öz azadlığına qovuşdu. 
Sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov tədbir iştirakçılarına Şuşa şəhərində aparılan abadlıq və quruculuq işləri barədə məlumat verdi və bildirdi ki, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Tədbirdə həmçinin, kitabxana əməkdaşları Şuşanın tarixi, mədəniyyəti və ictimai həyatı barədə geniş məruzə ilə çıxış etdilər. Tədbirin sonunda "2022-ci il Şuşa ilidir" başlığında sərgiyə baxış keçirildi və tədbir iştirakçıları sərgilənən kitablarla yaxından tanış oldular.