Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa, Sən Azadsan” adlı tədbir keçirilmişdir

27.01.2022

27 yanvar 2022-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının və Ağstafa rayon Mədəniyyət Mərkəzinin tədbirlər planının icrası ilə əlaqədar “Şuşa, Sən Azadsan” adlı tədbir keçirilmişdir. Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları iştirak etmişdir. 
Öncə Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını  qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva qeyd etmişdir ki, xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilən Şuşanın 270-ci yubiley ilinin – 2022-ci ilin "Şuşa İli” elan edilməsi də "Qarabağ Azərbaycandır!” şüarına xidmət edir və doğma Qarabağımızın tez bir zamanda cənnətə çevrilməsi prosesini sürətləndirir.

Tədbirin bədii hissəsində Şuşaya həsr edilmiş şerlər, mahnılar səsləndirilmiş, “Xalq teatrı”nın üzvlərinin hazırladığı səhnəciyi tamaşaçılar maraqla izləmişdir. Tədbirin sonunda Ağstafa şəhər Hüseyn Arif adına Uşaq Musiqi Məktəbi kollektivinin hazırladığı “Qarabağ Şikəstəsi” dinlənilmişdir.

 

262.5 KB

 

224.2 KB

 

218.4 KB

 

245.4 KB

 

272.1 KB

 

245.3 KB