Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərə növbəti mühazirə oxundu

27.01.2022

27 yanvar 2022-ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il üçün Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli sərəncamına əsasən 2022-ci ili “Şuşa ili” elan edilməsi  ilə əlaqədar və Azərbayançılıq məfkurəsinin banisi, Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin IX sinif şagirdlərinə “Müasir və müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” başlıqlı növbəti mühazirə oxundu. Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Səidə Qocayeva Azərbaycanın milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən danışaraq qeyd etdi ki, bütün həyatını xalqının gələcəyinə, Azərbaycan dövlətinin  inkişafına həsr etmiş  dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Müstəqil Azərbaycan dövlətinin qurulması, milli- mənəvi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin uğurlu davamçısı Prezident İlham Əliyevin məqsədyönlü və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və uğurlara imza atmışdır. Səidə Qocayeva həmçinin  zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhərinin mədəniyyəti, görkəmli şəxsiyyətləri, sovet dövründə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa göstərdiyi diqqət və qayğıdan, Şuşanın Mədəniyyət paytaxtı elan edilməsindən, 32 ildən sonra yenidən keçirilən Xarı Bülbül festivalından, Vaqif poeziya günlərindən və s. danışaraq Şuşanın tarixini, coğrafiyasını, mədəniyyətini, təbiətini  özündə əks etdirən şəkillərlə və digər əyani vasitələrlə şagirdləri maarifləndirmişdir.

 

158.2 KB

 

147.4 KB

 

149.7 KB