Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon MKS və şəhər 1 saylı Folklor evinin birgə təşkilatçılığı ilə ”Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşa” adlı tədbir keçirilib

27.01.2022

27 yanvar 2022-ci ildə Ağstafa rayon MKS və şəhər 1 saylı Folklor evi ilə birlikdə Prezident İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar olaraq, "Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşa" adlı tədbir keçirdi.
Tədbiri Ağstafa MKS-nin direktoru Solmaz Nağıyeva açaraq Şuşa səhərinin xalqımız üçün necə müqəddəs və əziz olduğunu, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında dövlətimizin qətiyyətini dünyaya göstərmək üçün yeni imkanlar açılacağını qeyd etmişdir. 
Tədbirdə el ağsaqqalı Aşıq Hüseyn, Əfqanıstan Veteranları İctimai birliyinin Ağstafa rayon bölməsinin sədri Mirzahid Hacıyev, MİHİ Ağstafa rayon komitəsinin sədri Zahid Sultanov, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, Ağstafa 1 saylı folklor evinin direktoru Vaqif Əhmədov da çıxış edərək, Şuşanın Azərbaycan mədəniyyəti üçün əhəmiyyətini qeyd etmişdirlər.
Tədbirdə Ağstafa rayon MKS-nin əməkdaşları - Səadət Nağıyeva Rəsul Rzanın "Şuşam mənim" şeirini, Bayramova Leyla Səma Zamiqqızının "Salam, Şuşa" adlı şeirini səsləndirmişdir. Tədbirdə, eyni zamanda, kitabxananın azyaşlı oxucuları, Banu Musayeva, Türkan Hüseynli, Ağstafa şəhər uşaq  musiqi məktəbinin müəllim və şagird kollektivi və müğənni Mübariz Orucov Şuşaya aid şeirlər və mahnılar səsləndirdilər.

 

49.6 KB

 

54.9 KB

 

55.7 KB

 

60.1 KB