Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında Ağstafa Regional Mədəniyyət İdarəsi və Ağstafa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ”Gənclər Azərbaycanın bu günü və sabahıdır” adlı rəsm sərgisi keçirildi

28.01.2022

28 yanvar 2022-ci il tarixdə Ağstafa Dövlət Rəsm Qalereyasında Ağstafa Regional Mədəniyyət İdarəsi və Ağstafa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gənclər Gününün təsis edilməsinin 25 illiyi münasibətilə "Gənclər Azərbaycanın bu günü və sabahıdır" adlı rəsm sərgisi keçirildi. Sərgidə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva, MİHİ Ağstafa rayon komitəsinin sədri Zahid Sultanov, Ağstafa rayon MKS-nin əmakdaşları, mədəniyyət işçiləri, şagirdlər, rəsm dərnəyinin üzvləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev açaraq gəncləri bayram münasibətilə təbrik etdi. Gənclər İdarəsinin rəisi Əziz Məsmalıyev dövlətimizin gənclərə göstərdiyi qayğıdan söz açdı. Ağstafa Dövlət Rəsm Qalereyasının direktoru Gülgün Kərimov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi N.Mehdiyevə və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. Sonda fərqlənən  gənc rəssamlar Əliyev Adif Elşad oğluna, Həsənli Mehdi Ramil oğluna, İsmayılova Aytac Rasim qızına Ağstafa rayon Gənclər və İdman İdarəsinin və Ağstafa Dövlət Rəsm Qalereyasının hazırladıqları fəxri fərmanlar təqdim olundu.

 

90.1 KB

 

90.2 KB

 

78.2 KB

 

127.6 KB

 

60.9 KB