Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS–nin təşkilatçılığı ilə qazaxlı şəhidlərin xatirəsi anılıb

28.01.2022

28 yanvar 2022-ci il tarixdə Qazax rayon MKS–nin təşkilatçılığı ilə qazaxlı şəhidlərin xatirəsi anılıb. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə ağır, qanlı-qadalı amansız döyüş meydanında öz canından keçərək şəhidlik zirvəsinə ucalan əbədiyaşarlıq qazanan oğullarımızın misilsiz xidmətləri bahasına başa gəlib. MKS–nin əməkdaşlarından bir qrupunun iştirakı ilə şəhid leytenant Məhəmməd Məmmədovun doğum günü ilə əlaqədar olaraq Alpout kəndində məzarı və adına ucaldılmış bulaq-xatirə kompleksi ziyarət olunub və ailəsinə baş çəkilib, dərin hüzn və ehtiram hissi ilə başsağlığı verilib. Sonra tədbirin davamı olaraq MKS–nin E.Hüseynov adına Mərkəzi Kitabxanasında videoçarx nümayiş olunub. Doğum günləri yanvar ayında qeyd olunan Nəsibov Nicat Qəşəm oğlu, Qurbanov Elçin Məcid oğlu, Məmmədov Məhəmməd Zakir oğlu, Hacıyev Teymur Zaur oğlu, İsmayılov Tahir Niyazi oğlunun qısa və şərəfli həyat yolunu əks etdirən videoçarxda  əzəli-əbədi, müqəddəs torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçən, yüksək döyüş hazırlıqlı, vətənpərvər hissli, böyük arzu və istəklərlə yaşayan oğullarımızın ömür yolundan bəhs olunub. 
Tədbirdə çıxış edən MKS–nin əməkdaşları qeyd ediblər ki, böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, bu böyük Qələbənin qazanılmasında qəhrəmanlıqla vuruşaraq şəhid olmuş qazaxlı oğulların İkinci Qarabağ savaşı zamanı göstərdikləri döyüş xarüqələri, qısa və şərəfli həyatı haqqında silsilə tədbirlər keçirməklə onların ruhu qarşısında böyük ehtiramla baş əyir və xatirələrini təbliğ etməklə vətəndaşlıq borcunu yerinə yetirmiş oluruq.

 

103.2 KB

 

51.2 KB

 

87 KB