Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri Günü  qeyd olunub

02.02.2022

2 fevral - Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri Günü  qeyd olunub.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, rayon ictimayiətinin gənc nümayəndələri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər. Öncə Mərkəzin önündə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Tədbirdə çıxış edənlər Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən təsis olunan Gənclər Gününün yüksək əhəmiyyətindən, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafının, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin olunmasından geniş söz açıblar.  
Daha sonra Ağstafanın ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup gənc Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Fəxri Fərmanları ilə təltif olunublar.
Tədbir yerli mədəniyyət  və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirilib.

 

286 KB

 

271.6 KB

 

241 KB

 

260.6 KB

 

252.5 KB

 

210.7 KB

 

245.5 KB

 

200.7 KB

 

252.5 KB

 

301.5 KB

 

286.8 KB

 

248.6 KB

 

262.9 KB

 

237 KB

 

268.2 KB