23.02.2022
Tovuzda “Nizami” adına Mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, Ağstafa Regional Mədəniyyət idarəsinin rəisi, idarə, müəssisə rəhbərləri, qazilər, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət evinin foesində Xocalı faciəsinə həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış olublar.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Tovuz rayon xalq teatrının və incəsənət ustalarının hazırladığı “Xocalı Sağalmaz Yaram” adlı ədəbi-bədii kompazisiyası tamaşaçılara təqdim edilib.
Tədbirin sonunda "Virtual Qarabağ" İKT-nın Gənclər İctimai Birliyinin 26 fevral - Xocalı soyqırımına həsr etdiyi “Xocalı-bir millətin kədəri” adlı film nümayiş olunub.